ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, siyasətçi bu barədə Vaşinqtonda jurnalistlərlə danışarkən deyib.
“Bizim gəmilərdən daha çox vəsait alırlar. Bu baş verməyəcək. Çin isə Panama kanalına nəzarət edir. Bu baş verməyəcək”, - deyə o qeyd edib.
Bundan əvvəl Tramp bildirib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.
O, marşrut boyu tranzit üçün yüksək tariflərin tutulmasını tənqid edərək, 1999-cu ildə kanala nəzarətin təhvil verilməsinin digər ölkələrə güzəşt yox, əməkdaşlıq jesti olduğunu vurğulayıb.