09 yanvar 2025 12:03
106

Finlandiya Rusiya ilə sərhədini bağlı saxlayacaq

Helsinkinin ehtiyat etdiyi təhdidlər səbəbindən Finlandiya-Rusiya sərhədi yaxın gələcəkdə də bağlı qalacaq.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə Finlandiyanın Baş naziri Petteri Orpo deyib.

“Təhlükə ilə bağlı vəziyyət dəyişməyib. Rusiyadan təhdidlər davam edir. Bu səbəbdən hazırda sərhədin hətta eksperimental vəziyyətlərdə belə açılması mümkün deyil”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək Rusiya ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlayıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Helsinkinin bu qərarının Avropada yeni ayırıcı xətlər yaratdığını və Moskvanın bunu cavabsız qoymayacağını vurğulayıb.