Braziliyanın Amazonas əyalətinin həvəskar komandasının 16 yaşlı qapıçısı Edson Lopes Qama məşq zamanı sinəsi ilə penalti zərbəsini qaytararkən vəfat edib.
“İki sahil” xəbər verir ki, top futbolçunun döş sümüyü ilə diafraqma arasındakı nahiyəyə dəyib.
Güclü zərbə qapıçının yerə yıxılmasına və şiddətli ağrı yaşamasına səbəb olub. Təcili yardım maşını ilə 11 saat ərzində xəstəxanaya aparılan qolkiperin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisəyə qədər Edson Lopes Qamanın ürək xəstəliyi olmayıb.