“Şamaxı” klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, komanda müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.