16 yanvar 2025 18:58
98

Ukrayna ilə Böyük Britaniya 100 illik tərəfdaşlıq müqaviləsi imzalayıb

Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevdə rəsmi səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə iki ölkə arasında münasibətləri gücləndirmək məqsədi ilə 100 illik tərəfdaşlıq sazişi imzalayıb.

“İki sahil” xəbər verir ki, imzalama mərazimindən sonra mətbuata açıqlama verən Zelenski, “Biz yeni səviyyəyə çatmışıq. Bu, strateji əlaqələrdən daha çox şeydir. Biz 100 illik tərəfdaşlıq müqaviləsi imzaladıq", - deyə bildirib.

Kir Starmer isə sosial media hesabından bildirib: “Güclə sülh. Mən Ukrayna xalqına sadə mesaj vermək üçün Kiyevdəyəm. 100 illik tərəfdaşlığımız təkcə bu gün və ya sabah deyil, yüz il ərzində – bu müharibə bitdikdən və Ukrayna yenidən azad və çiçəklənəndən sonra sizinlə birlikdə olacağımıza dair vəddir”.

Böyük Britaniya hökuməti yaydığı açıqlamada müqavilənin doqquz əsas sütunu əhatə edəcəyi deyilir. Qeyd edilir ki, “Yüz İllik Tərəfdaşlığı” təsis edən saziş və siyasi bəyannamə yaxın həftələrdə parlamentə təqdim olunacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”