16 yanvar 2025 19:26
95

Ukraynanın NATO-ya üzvlüyünə hansı dövlətlər qarşı çıxır? Zelenski açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski söyləyib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdılar:

“Bu məlumat artıq sirr deyil. Adı çəkilən dörd ölkə bizi NATO-da görmək istəmir”.