Hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 17:00-a olan məlumatına əsasən qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Qrız, Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 1, Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.