Benyamin Netanyahu: Azad ediləcək girovların siyahısı verilməyənə qədər Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz
İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.
“İki sahil” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər Qəzza razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", - Netanyahu bildirib.
“Ynet” portalının məlumatına görə, azad ediləcək ilk üç girovun siyahısı yerli vaxtla saat 16:00-a Qətər vasitəsilə İsrailə verilməli idi, lakin bu, hələ də baş verməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”