19 yanvar 2025 00:01
108

Nigeriyada yanacaq tanker partlayıb – 70 nəfər həlak olub

Nigeriyanın şimalındakı Niger əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində azı 70 nəfər ölüb.

“İki sahil”in məlumatına görə, Nigeriya Milli Yol Təhlükəsizliyi Təşkilatının Niger əyalətinin sözçüsü Kumar Tsukvam jurnalistlərə bildirib ki, Niger əyalətində Dikko-Maje şosesində yanacaq daşıyan tanker həddindən artıq sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.

Tsukvamın sözlərinə görə, partlayış yerli sakinlər aşmış tankerdən yanacaq götürməyə çalışarkən baş verib.

Partlayış nəticəsində ən azı 70 nəfərin öldüyünü, onlarla insanın isə yaralandığını bildirən Tsukvam, əraziyə yanğınsöndürmə qruplarının göndərildiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”