“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə münxenlilər 3:2 hesabı ilə qələbə qazanıblar.
“Bavariya”nın ən yaxın izləyicisi “Bayer Leverkuzen” bu turda “Borussiya Münxenqladbax”ı məğlub edib - 3:1. Leverkuzen təmsilçisi bununla da ardıcıl qələbə seriyasını səkkiz oyuna çatdırıb.
Turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
“Ştutqart” - “Frayburq” – 4:0;
“Haydenhaym” – “St Pauli” – 0:2;
“Boxum 1848” – “Leypsiq” – 3:3;
“Holştayn Kiel” – “Hoffenhaym” – 1:3;
Xatırladaq ki, turun start qarşılaşmasında “Ayntraxt Frankfurt” doğma meydanda “Borussiya Dortmund”un qapısından iki cavabsız top keçirib.
Tura yanvarın 19-da keçiriləcək “Union Berlin” – “Maynts” və “Verder Bremen” – “Auqsburq” görüşləri ilə yekun vurulacaq.
Beləliklə, 18 turdan sonra çempionata 45 xalla “Bavariya” liderlik edir. Onu 41 xalla “Bayer Leverkuzen” izləyir. “Ayntraxt Frankurt” 36 xalla üçüncü sırada qərarlaşıb. Bu turda qələbə sayəsində xallarını 32-yə çatdıran “Leyptsiq” xal itirən “Ştutqart”ı (31 xal) bir pillə geridə qoyaraq dördüncü sıraya yüksəlib.