23 yanvar 2025 08:57
123

Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 nəfərin cəsədi çıxarılıb

Axtarış-xilasetmə qrupları Qəzza zolağında atəşkəsdən sonra dağılmış evlərin dağıntıları altından 212 nəfərin cəsədini çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14,2 mindən çox insan itkin düşmüş hesab olunur, onlardan 5 minə yaxını qadın və uşaqlardır. Ölənlərin yaxınları cəsədlərini basdırmaq üçün Qəzzaya qayıtmağa başlayıblar.

Qeyd edək ki, əldə olunmuş razılığa əsasən yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minib.