23 yanvar 2025 10:41
100

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "İki sahil"ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı əməliyyat-qoşun tədbirləri keçirilib.

Nəticədə yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.