23 yanvar 2025 23:51
92

Tramp administrasiyası ilə təmaslar hələ başlamayıb - Ukrayna XİN

Ukraynada səfərbərlik yaşı məsələsi hələ də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə müzakirə edilməyib.

“İki sahil” “RBK Ukraina”ya istinadla xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərbərlik yaşı ilə bağlı tərəflər arasında təmasları gözləmək lazımdır: “Təmaslar hələ başlamayıb. Təmaslar başlayanda, hansı məsələlərin müzakirə olunduğunu deyə biləcəyik. Bu barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, ötən ilin sonunda məlum olub ki, ABŞ dəfələrlə Ukraynanı səfərbərlik yaşını 18 yaşa endirməyə çağırıb.