ABŞ konqresmeni Endi Oqles ölkə konstitusiyasına ABŞ prezidentinin üçüncü müddətə namizədliyini irəli sürməsinə imkan verən dəyişiklik etməyi təklif edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə konqresmenin saytında məlumat verilib.
"Mən 22-ci düzəlişin prezidentlik müddətinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konstitusiyaya düzəliş təklif edirəm", - deyə, bəyanatda qeyd edilir.
Oqles hesab edir ki, ABŞ prezidenti Donald Trampın üçüncü müddətə vəzifəsini saxlaması ölkəyə “çox ehtiyac duyduğu cəsarətli rəhbərliyi” təmin edəcək.
Noyabr ayında Tramp üçüncü müddətə prezident ola biləcəyi haqda zarafat edib.