24 yanvar 2025 15:11
109

Hazırda top amerikalıların tərəfindədir - Peskov

Rusiya ABŞ ilə tərksilah məsələləri üzrə danışıqların bərpa edilməsini zəruri hesab edir.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələ bütün dünya və iki ölkənin xalqlarının maraqlarındadır. Lakin bizə xatırlatdılar ki, dialoq Rusiya tərəfindən dayandırılmayıb və hazırda "top amerikalıların tərəfində"dir", - o qeyd edib.