Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə universitetin Azərbaycan Cəmiyyəti məlumat yayıb. Tədbir universitetə yeni başlayan tələbələr üçün təşkil edilən məlumat xarakterli sərgi çərçivəsində baş tutub.
Sərgidə Azərbaycan stendi böyük maraqla qarşılanıb. Stenddə Azərbaycan və Qarabağa dair kitablar, milli xalçalar və ölkəmizin mədəniyyətini əks etdirən digər nümunələr nümayiş etdirilib. Bundan əlavə, Azərbaycan mətbəxinin zənginliyini əks etdirən şirniyyatlar, xüsusilə paxlava və şəkərbura tədbir iştirakçılarına təqdim olunub. Sərgiyə gələnlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı qazanaraq ölkəmizə maraq göstəriblər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub