Yanvarın 25-də Bakı sakinlərinə və qonaqlara Çin Yeni ilinin qeyri-maddi mədəni irsi təqdim olunub.
“İki sahil” xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb.
Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao səfirlik adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.
Tədbirin davamında interaktiv əyləncə proqramları, Çin Yeni ilinə özəl mantı bişirmə ustad dərsi və ənənəvi Çin rəqsləri ifa olunub.
Bayram tədbiri paytaxt sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub