26 yanvar 2025 02:55
172

Şolts: Xristian Demokrat İttifaqının immiqrasiya təklifləri konstitusiyaya ziddir

Almaniya kansleri Olaf Şolts Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzin immiqrasiya qanunlarını sərtləşdirməyə dair təkliflərini tənqid edib və onların ölkə konstitusiyasını pozduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Şolts bu barədə Saarbrüken şəhərində keçirilən seçkiqabağı tədbirdə çıxış edib.

“Müxalifət lideri kanslerdən ölkənin konstitusiyasına və Avropa müqavilələrinə uyğun gəlməyən qərarlar qəbul etməyi tələb edəndə, bu, onun yüksək vəzifə tutmaq bacarığını ciddi sual altına alır,” - deyə kansler vurğulayıb.

Fridrix Merz daha əvvəl, kansler seçiləcəyi təqdirdə, ilk gündən Almaniyanın bütün qonşu ölkələrlə sərhədlərində uzunmüddətli nəzarət yaradılacağını və qeyri-qanuni miqrantlara “de-fakto giriş qadağası” tətbiq edəcəyini bəyan etmişdi.

Şolts isə Almaniya Konstitusiyasının hər kəs üçün sığınacaq hüququnu təsbit etdiyini xatırladaraq, belə bir əmr verildiyi halda hüquq-mühafizə orqanlarının bu qanunsuz təlimata necə reaksiya göstərəcəyi barədə sual verib.