26 yanvar 2025 08:53
157

Tramp İsrailə ağır bombaların tədarükünə qoyulan qadağanı ləğv edib

ABŞ prezidenti Donald Tramp Pentaqona əvvəlki administrasiyanın İsrailə 2000 funt-sterlinqlik (908 kq) bombaların tədarükünə qoyduğu qadağanı ləğv etmək göstərişi verib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ anbarlarında saxlanılan 1800 ədəd MK-84 bombası yaxın günlərdə İsrailə göndəriləcək.

Məlumata görə, keçmiş prezident Co Bayden 2024-cü ilin mayında belə bombaların tədarükünü dayandırmaq qərarı verib.

Bu qərar, xüsusilə, MK-84-lərin Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə istifadəsinin qarşısını almaq məqsədi daşıyırdı və ABŞ-İsrail münasibətlərində gərginliyə səbəb olmuşdu.