Bu gün Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 6,9 milyon Belarus seçicisi 5325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
Səsvermə yerli saatla 20:00-da başa çatacaq.