ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması qərarının nəzərdən keçiriləcəyini istisna etməyib.
“İki sahil” xəbər verir ki, Tramp bunu Las-Veqasda çıxışı zamanı deyib.
“Mən ÜST-dən ayrıldım, burada biz ildə 500 milyon dollar, Çin isə 39 milyon dollar ödəyirdi”, - dövlət başçısı vurğulayıb.
Trampın sözlərinə görə, təşkilat rəhbərliyi ona illik ödənişləri 39 milyon dollara endiriləcəyi təqdirdə geri qayıtmağı təklif edib, lakin o, bundan imtina edib.