Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında rejissor, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi keçirilib.
“İki sahil” xəbər verir ki, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək sənətkarı yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.
Gecədə professor, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə yubiliyarın teatr xidmətlərindən, pedaqoji fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, Azərbaycan teatr sənətinin ən parlaq nümayəndəsi kimi Cənnət Səlimova quruluş verdiyi tamaşalarda özünəməxsusluğu və qüdrəti ilə seçilib. Onun səhnə əsərləri həm ölkəmizdə, həm də xaricdə böyük uğurlar qazanıb.
Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubiliyar haqqında səmimi fikirlər səsləndirib.
Daha sonra Cənnət Səlimova Teatr Xadimlər İttifaqı tərəfindən “Teatr xadimi” qızıl medalı ilə təltif olunub, sənətkarın həyat və yaradıcılığını əks etdirən mərhum rejissor Aydın Dadaşovun ekranlaşdırdığı “Çağırış” adlı sənədli film, “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş olunub./apa/
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub