27 yanvar 2025 15:15
194

Lukaşenkonun andiçmə mərasimi NƏ VAXT OLACAQ?

Belarusun seçilmiş prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi iki ay ərzində baş tuta bilər, lakin konkret tarixi o özü müəyyən edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti-yə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bildirib.

“Qanunda iki ay vaxt ayrılıb, lakin prezidentin rəsmi andiçmə tarixini təyin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsi deyil, onu seçilmiş dövlət başçısı müəyyən edəcək”, - deyə, o, qeyd edib.

Daha əvvəl Belarus Mərkəzi Seçki Komissiyası bildirib ki, seçicilərin 86,82%-i, yəni 5,13 milyondan çox insan Lukaşenkoya səs verib.