27 yanvar 2025 15:22
169

Kaliforniya ABŞ-dan ayrılır?

Kaliforniyanın ABŞ-dan ayrılması ilə bağlı son petisiyanın təşəbbüskarı Markus Evans bildirib ki, hazırda uğur şansları prezident Donald Trampın 2016-cı ildə seçkilərdə ilk dəfə qalib gəldiyi vaxtdan xeyli yüksəkdir.

“İki sahil” xəbər verir ki,  bu barədə CBS News telekanalı məlumat yayıb.

"Biz hesab edirik ki, indi Calexit (Kaliforniyanın ABŞ-dan ayrılması) etmək üçün doğru vaxtdır - 2016-cı ildə etdiyimizdən daha çox Calexit etmək imkanlarımız var" - deyə, Evans qeyd edib.

Təşəbbüsün qəbul edilməsi üçün iyulun sonuna qədər 500 mindən çox imza toplanmalıdır.

Təklif təsdiqlənərsə, Kaliforniya Amerika Birləşmiş Ştatlarına etimadsızlıq səsverməsi tətbiq edəcək.