Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.
“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.