Qətər əmiri Təmim bin Həməd əl-Tani rəsmi səfərlə Dəməşqə gedib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” ərəb telekanalı “Əl-Cəzirə”yə istinadən məlumat yayıb.
Qətər əmirinin səfəri Suriyanın yüksək səviyyəli rəsmisi Əhməd əl-Şaraanın ölkənin müvəqqəti Prezidenti elan edilməsindən bir gün sonra baş tutub.
AFP-nin Suriyanın Dohadakı səfirliyinə istinadən yaydığı məlumata görə, iki lider arasında Dəməşq görüşü bir neçə sektorda əməkdaşlıq və yardıma diqqəti yönəldəcək tarixi səfər çərçivəsində baş tutur.