Pekinin Cənubi Çin dənizində aqressiv və məcburedici hərəkətləri və Filippin ərazisinə iddianı dayandırmaq şərti ilə Filippin ABŞ-ın "Typhon" raket buraxılış qurğusunu adadan çıxarmağa hazır olduğunu bildirib.
“İki sahil” AFP-yə istinadla xəbər verir ki, bunu Filippin prezidenti Ferdinand Markos bildirib.
“Gəlin Çinlə razılaşaq. Qoy onlar ərazimizə iddia etməyi dayandırsın, balıqçılarımızı incitməyi, qayıqlarımızı vurmağı, insanlarımızı su şırnaqları ilə vurmağı dayandırsın, bizə qarşı lazerlərdən istifadə etməyi dayandırsın və aqressivliyini dayandırsınlar"- deyə, Markos bildirib.
Filippin lideri qeyd edib ki, o, “Typhon” raket sistemləri ilə bağlı şikayətləri başa düşmür. Onun sözlərinə görə, Çin raket sistemləri Filippində yerləşdirilənlərdən qat-qat güclüdür, lakin adanın hakimiyyət orqanları bununla bağlı Pekinə heç bir şikayət bildirmir.
ABŞ birgə təlimlər çərçivəsində adaya yeni orta mənzilli “Typhon” raket sistemləri yerləşdirib. Çin dəfələrlə Filippin hökumətini Amerika silahlarını öz ərazisindən çıxarmağa çağırıb. Ötən ilin dekabrında adanın hakimiyyət orqanları öz ehtiyacları üçün ABŞ-dan "Typhon" sistemləri almaq niyyətində olduqlarını açıqlamışdılar. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi Manilanın silahları öz ərazisində saxlamaq qərarının regionda geosiyasi qarşıdurma riski yaratdığını bildirmişdi.