Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” respublika müsabiqəsi elan edib.

“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin üzə çıxarılmasıdır.
Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir. Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər.
Müsabiqədə birinci yerin qalibinə 7000 manat, ikinci yerin sahibinə 5000 manat, üçüncü yerə layiq görülmüş müəllifə isə 3000 manat pul mükafatı veriləcək.
Oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq əsərlər ittifaqın müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub