Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, əvvəllər Gəncə şəhərində 50-yə yaxın qeyri-hökümət təşkilatı var idisə, indi bu say 3-5-dən yuxarı deyil:
“Hesab edirəm ki, gənclərin mənzil problemi də həll edilməmiş qalır. Gənclərin güzəştli ipotekadan yararlanması üçün müvafiq qanunvericiliyə dəyişiklik lazımdır”.