Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin kollektivi tanınmış ədəbiyyat və ictimai xadimi Xeyrəddin Qocaya 75 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir ki, Xeyrəddin Qoca çağdaş milli ədəbiyyatımızda özünəməxsus ədəbi yol yaradan, oxucular arasında dərin ehtiram və məhəbbət qazanmış ədəbiyyat xadimidir. Vətənə, xalqa sədaqət, milli-mənəvi dəyərlərə ehtiram, mənəvi saflığa çağırış, ideal insanlıq və vətəndaşlıq hisslərinin təcəssümü ədəbi təfəkkürümüzün əsas qayəsini təşkil edir. Bu ülvi hissləri ifadə edən, nəcib duyğular üzərində köklənən, kövrək qəlbin və parlaq zəkanın qüdrəti ilə ərsəyə gələn hər bir əsəriniz sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır.
Qeyd edilir ki, yazıçı, dramaturq, publisist, tənqidçi, ictimai xadim kimi keçdiyiniz ömür yolu, mübarizə və uğurlarınız, milli maraq və mənafeyə xidmət edən əzmkar fəaliyyətiniz əsl vətəndaşlıq nümunəsidir.
Təbrikdə Xeyrəddin Qocanın çoxillik səmərəli fəaliyyətinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyi vurğulanıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub