30 yanvar 2025 20:44
87

20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq

20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

2025−2026-cı illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, qovşağın istifadəyə verilməsi nəzərdə tutulur.