Məzahir Pənahovun sədrliyi ilə yanvarın 30-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada və operativ şəkildə iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.
Media subyektləri nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev