Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri Məmməd Əhmədzadə macarıstanlı həmkarı Daniel Landeklə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Haaqadakı diplomatik missiyasının başçısı sosial şəbəkədə bildirib.
O, Əhmədzadə ilə Budapeştdəki Azadlıq və Marqaret körpülərinin rəsimlərinin fonunda birgə çəkilmiş fotosunu paylaşaraq qeyd edib:
“Körpülər qurmaq: bu gün Haaqa şəhərində Azərbaycanın yeni səfiri Zati-aliləri cənab Məmməd Əhmədzadəni qəbul etdim. Niderlanda xoş gəlmisiniz”.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.
Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev