Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı diplomatik faəliyyətinin başa çatması ilə əlaqədar vəzifəsini yeni təyin olunan Birol Akgünə təhvil verib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında qeyd edib.
C.Bağcı qeyd edib ki, diplomatik missiyyasını tamamlayaraq, Türkiyəyə geri dönüb.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.