Bu ilin iyun ayına qədər BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi üzərində işlər tamamlanacaq və sənədin sentyabrda imzalanması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə keçirilən “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
Onun sözlərinə görə, yeni Çərçivə Sənədində müəyyən olunan istiqamətlər “Azərbaycan 2030” gündəliyinin prioritetlərinə, “Böyük Qayıdış” proqramına və COP29-a ev sahibliyi çərçivəsində əməkdaşlıq təşəbbüslərinə əsaslanır.
“Növbəti mərhələ bu sahələrdə qarşıdakı beş il ərzində konkret nəticələr əldə etməkdir”, - deyə V. Andreyeva vurğulayıb.
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev