01 fevral 2025 11:33
315

"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb

"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, "qartallar" Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.