“Bavariya” futbolçusu Camal Musiala ilə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Musiala bu mövsüm "Bavariya"da bütün tunirlərdə 30 matçında 15 qol vurub, 8 qol ötürməsi edib.