02 fevral 2025 02:15
146

ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edib - YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Fərmana əsasən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən gətirilən mallara isə 10% rüsum tətbiq ediləcək. Sənəd imzalanan gündən qüvvəyə minir.

***

ABŞ Kanada və Meksikadan idxal olan mallara 25%, Çindən gətiriləcək mallara isə 10% ticarət rüsumu tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Kerolin Levitt bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu barədə fevralın 1-də fərman imzalamalıdır.

Qeyd edək ki, Donald Tramp yanvarın 31-də jurnalistlərlə söhbətində Kanadadan gələn neft üçün ilkin planlaşdırılan 25% əvəzinə 10% rüsum şəklində istisna edilə biləcəyini bildirib.

ABŞ prezidenti, həmçinin fevralın 18-də qüvvəyə minə biləcək neft və metallar da daxil olmaqla geniş çeşiddə idxal mallarına rüsumlar tətbiq olunacağını elan edib.