Bugünkü ağacəkmə aksiyaları 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. Biz bu gün səhər saatlarında Abşeron rayonunun Müşfiqabad qəsəbəsində geniş ərazidə ağacəkmə aksiyası təşkil etmişik. Bu ekoloji aksiyaya Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları da qoşulmuşdu. İndi isə Qubadayıq. Bu rayonda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2024-cü ildə təkcə icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib. Bütün ölkə ərazisində isə ötən il 8 milyondan çox ağac əkilib.
“İki sahil” xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qubada ağacəkmə aksiyası zamanı məlumat verib.
Nazir bildirib ki, ictimaiyyət nümayəndələri ağacəkmə aksiyasında fəal iştirak edirlər. Aksiyalar çərçivəsində əkilən ağacların becərilməsinə də xüsusi diqqət yetirilir.
Qeyd edək ki, bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında keçirilən ekoloji aksiyalarda 8 mindən artıq ağac əkilib.