Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparıla bilməz.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O, partiyaların buna etiraz edəcəyini istisna etməyib:
“Bu proses bizi tamamilə qadağaya getməyə məcbur edə bilər. Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil”.