01 fevral 2025 20:20
106

Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb

Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil.