02 fevral 2025 01:53
93

Al Watan: Əş-Şaraa Suriya Prezidenti kimi ilk xarici səfərini Ər-Riyada edəcək

Əhməd Əş-Şaraa Suriyanın keçid prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

“İki sahil” Suriyanın “Al Watan” qəzetinə istinadən xəbər verir ki, Əhməd Əş-Şaraa fevralın 2-də Ər-Riyada gedəcək. Səfərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

“Türkiye” qəzeti isə bildirib ki, Suriya rəhbəri iki həftəlik Ankaraya səfər edəcək.

Qeyd edək ki, Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında vurğulanıb ki, Əhməd Əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.