01 fevral 2025 21:10
96

Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralılar var

Türkiyədə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var.

“İki sahil” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Kırıkkale şəhərində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.