01 fevral 2025 22:29
91

Tramp Somalidə İŞİD liderinin vurulmasını əmr edib

“Bu səhər mən orduya İŞİD-in güclü hücum plançısı və onun Somalidə topladığı və rəhbərlik etdiyi digər terrorçulara qarşı dəqiq hava zərbələri endirməyi əmr etdim”.

İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial media hesabında bildirib.

Dövlət başçısı bildirib ki, zərbələr terrorçuların yaşadıqları mağaraları məhv edib və dinc sakinlərə heç bir zərər vurmadan bir çox terrorçu məhv edilib.

Onun sözlərinə görə, qeyd edilən İŞİD liderinin axtarışı uzun illərdir ki, davam edirdi, lakin ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası işi başa çatdırmaq üçün kifayət qədər tez hərəkət edə bilməyib: “Mən bunu etdim! İŞİD-ə və amerikalılara hücum edəcək başqalarına mesajım budur: Sizi tapacağıq və öldürəcəyik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”