01 fevral 2025 23:00
99

Netanyahu sabah ABŞ-a gedəcək

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edəcək.

İki sahil” xəbər verir ki, bu barədə İsrail Baş Naziri Ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu sabah ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.

"Bu tarixi görüşdə iki lider Qəzza zolağı, məhbuslar, İran və onun müttəfiqləri ilə münaqişə və digər mühüm məsələləri müzakirə edəcək", - deyə qeyd edilib.

Netanyahunun çərşənbə axşamı Ağ Evdə Trampla görüşəcəyi gözlənilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”