01 fevral 2025 23:40
96

Xaçmaz sakini qohumunu bıçaqlayıb, həyat yoldaşını isə avtomobillə vurub

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı isə avtomobillə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

"Report"