02 fevral 2025 13:14
84

Sudanda bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 61-ə çatıb

Sudanın Xartum əyalətinin Omdurman şəhərində bazara endirilən artilleriya zərbəsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu barədə ölkədəki tibb əməkdaşları məlumat verib. Məlumata görə, hadisə nəticəsində 65-dən çox insan xəsarət alıb.

Zərbənin Çevik Reaksiya Qüvvələri (RRF) tərəfindən həyata keçirildiyi iddia edilir.

Respublika Səhiyyə Nazirliyi öz növbəsində 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat yayıb.