Fransa hökuməti əvvəlki Mişel Barnier administrasiyasının devrilməsi ilə nəticələnən bəzi qanun layihələrini parlamentə səsvermədən çıxarmaq səlahiyyəti verən konstitusiya maddəsinin icrası üçün 2025-ci il büdcəsinə müraciət edəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, hökumətlərə bəzi qanun layihələrini səsverməyə qoymadan parlamentdən keçirmə səlahiyyəti verdiyi üçün müxalifətin tənqidinə səbəb olan Konstitusiyanın 49-cu maddəsinin üçüncü bəndi, keçən ilin sonunda təsdiq olunmalı olan 2025-ci ilin gecikmiş büdcə layihəsi üçün gündəmə gətirilib.
Fransanın baş naziri Fransua Bayrou sabah Milli Məclisin Plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilən 2025-ci il büdcəsi üçün Konstitusiyanın verdiyi səlahiyyəti aktivləşdirəcəklərini açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”