02 fevral 2025 14:26
106

Alvaro Morata "Qalatasaray"da -  YENİLƏNİB

"Qalatasaray"  "Milan"dan Alvaro Moratanın keçidini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyalı hücumçu mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək. 

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib. 32 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

***

Türkiyənin "Qalatasaray" klubu tanınmış futbolçu Alvaro Morata ilə danışıqlara başladığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliyanın "Milan" komandasında forma geyinən ispaniyalı hücumçu icarə əsasında "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, A. Morata daha əvvəl "Real Madrid", "Atletiko Madrid" və "Yuventus" kimi tanınmış komandaların formasını geyinib.