02 fevral 2025 14:55
81

ABL: "Ordu" "Gəncə"yə qalib gəlib

Azərbaycan Basketbol Liqasının XIII turunda "Ordu" "Gəncə"yə qalib gəlib.

“İki sahil” xəbər verir ki, B qrupunda baş tutan matç Bakı İdman Sarayında təşkil olunub.

Oyun "Ordu" kollektivinin 93:90 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD "Neftçi"ni 105:100, "Sumqayıt" "Şəki"ni 98:93 hesabı ilə məğlub edib.